
Elektron Təhlükəsizlik Xidməti xəbərdarlıq etdi
Son günlər Azərbaycanda media qurumlarına məxsus sosial şəbəkə və sosial media platformalarındakı hesabların ələ keçirilməsi halları müşahidə edilir.
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətindən (ETX) bildirilib.
Qurumun apardığı ilkin araşdırma nəticəsində məlum olub ki, hesablar fişinq və digər hücumlar nəticəsində ələ keçirilir. Bəzən istifadəçilərin e-poçt və sosial şəbəkə hesablarının mesaj bölməsinə parolun dəyişdirilməsi, sosial şəbəkə və sosial media platformasında qayda və şərtlərin yenilənməsi ilə bağlı saxta keçidlər göndərilir. Həmin keçidlərə daxil olan istifadəçilərin hesab məlumatlarını qarşı tərəfə təqdim etmələri onların hesablarının oğurlanması ilə nəticələnir.
ETX istifadəçilərə sosial şəbəkə hesablarının və sosial media platformalarının təhlükəsizliyinin təmin olunması məqsədilə bunları tövsiyə edib:
– Şübhəli mənbələrdən göndərilən keçidlərə daxil olmayın;
– Çətin və unikal parollardan (
– Sosial şəbəkə hesabları vasitəsilə üçüncü tərəf tətbiqlərə və saytlara giriş imkanı verərkən diqqətli olun;
– İctimai və ortaq istifadə edilən cihazlarda sosial şəbəkə hesablarından çıxış edin.
Müvafiq təhlükə ilə qarşılaşan media qurumları “1654” qaynar xətti,
BƏNZƏR MƏQALƏLƏR
-
Corc Dik: “Kibertəhlükəsizlik Mərkəzi İsrail təcrübəsinə malik ən yaxşı mütəxəssislər hazırlayacaq” – FOTO
İsrailin Azərbaycandakı səfiri Corc Dik bu həftə Bakıda açılışı olan Kibertəhlükəsizlik Mərkəzində olub. Diplomat bu barədə […]
-
“WhatsApp”da yeni funksiya ilə bağlı detallar – FOTO
“WhatsApp”ın beta versiyasında “Newsletter” (xəbər bülleteni) xüsusiyyəti görünüb. Bu funksiya üzərində iş getdiyi barədə fevral ayında […]
-
Mask Obamanı “taxtından devirdi” – FOTO
Amerikalı milyarder və Tesla şirkətinin rəhbəri İlon Maskın hesabı “Twitter” sosial şəbəkəsində ən çox oxunan […]