Elektron poçta gələn fişinq məktublar necə müəyyənləşdirilə bilər? – FOTO – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Elektron poçta gələn fişinq məktublar necə müəyyənləşdirilə bilər? – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) vətəndaşlara elektron poçt üzərindən fişinq hücum cəhdləri barədə xəbərdarlıq edib.

Bildirilib ki, vətəndaşlar daxil olan məktubların fişinq məktubları olmasını asanlıqla müəyyənləşdirə bilər. Bunun üçün aşağıdakılara diqqət etmək kifayətdir. 

1) Bəsit və ümumi məzmunlu başlıq;

2) Həvəsləndirici hədiyyə vədləri;

3) Fərdi məlumat istəyən e-poçt məktubu;

4) Orfoqrafik və qrammatik səhvlər;

5) Şübhəli keçidlərə yönləndirmə;

6) Təcili cavab verməyinizi tələb edən sonluq varsa, böyük ehtimalla fişinq cəhdi ilə üz-üzəsiniz. 

Müvafiq təhlükə ilə qarşılaşan şəxslər “1654” qaynar xətti, www.cert.az saytı və [email protected] e-poçt ünvanı vasitəsilə ETX-yə müraciət edə bilər.

Mənbə: Oxu.Az

BƏNZƏR MƏQALƏLƏR

Top