Elçin İbadov: “SOCAR son 15 ildə Türkiyə iqtisadiyyatına 18 milyard dollar investisiya yatırıb” – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Elçin İbadov: “SOCAR son 15 ildə Türkiyə iqtisadiyyatına 18 milyard dollar investisiya yatırıb”

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) son 15 ildə tərəfdaşları ilə birgə Türkiyə iqtisadiyyatına 18 milyard ABŞ dolları həcmində investisiya qoyub.

Bunu SOCAR-ın Türkiyədəki törəməsi olan “SOCAR Türkiye” şirkətinin baş icraçı direktoru vəzifəsini icra edən Elçin İbadov Türkiyə mətbuatına müsahibəsində deyib.

Onun sözlərinə görə, bununla da SOCAR Türkiyənin ən böyük birbaşa xarici investoru və eyni zamanda Türkiyənin ən böyük inteqrasiya olunmuş sənaye qrupudur:

“Dünyanın ən köklü enerji şirkətlərindən biri olan SOCAR 2008-ci ildə Özəlləşdirmə İdarəsindən “Petkim”in səhmlərinin 51%-ni alması ilə Türkiyədə fəaliyyətə başladıq. Bu müddətdə sərmayələrimiz və istehsalımız heç bir ləngimə olmadan davam edib”.

E.İbadov qeyd edib ki, “SOCAR Türkiye” Türkiyəyə iqtisadi fayda ilə yanaşı məşğulluğa və cəmiyyətə töhfə vermək baxımından da mühüm işlər görüb:

“Hazırda təxminən 5,4 min işçimiz var. Ümumilikdə ekosistemimizlə 100 mindən çox insanı əhatə edirik. Təmin etdiyimiz məşğulluq və verdiyimiz faydalarla Türkiyənin ayrılmaz bir hissəsi kimi çalışırıq”.

Xatırladaq ki, “SOCAR Türkiye” 2006-cı ilin sonlarında təsis edilib. Şirkət Türkiyədə neft emalı və neft-kimya sahələrində layihələr icra etmək, təbii qaz ticarətini həyata keçirmək üçün yaradılıb. “SOCAR Türkiye” qonşu ölkənin “Petkim Petrokimya Holding” – neft-kimya kompleksinin səhmlərinin nəzarət paketinə (51%) malikdir.

Mənbə: Oxu.Az

BƏNZƏR MƏQALƏLƏR

Top