Ekstremal hava şəraitindən Avstriyanın aqrar sektoruna dəyən ziyan 200 milyon avro təşkil edib
Bakı, 17 avqust, AZƏRTAC
Avstriyada əlverişsiz hava şəraitinin kənd təsərrüfatına vurduğu zərər 200 milyon avro qiymətləndirir.
AZƏRTAC Avstriyanın ORF ictimai teleradioşirkətinə istinadla xəbər verir ki, ötən il ərzində şaxta, dolu, qasırğa, daşqın və quraqlıqdan kənd təsərrüfatına dəyən ziyan 250 milyon avroya qiymətləndirilib.
Sığorta şirkətinin baş direktoru Kurt Vaynberqer iqlim dəyişmələrinə görə sektordakı vəziyyəti “həyəcanlı” adlandırıb.
Quraqlığın vurduğu zərərlə yanaşı, vegetasiya dövrünün nisbətən tez başlaması və aprelin ikinci yarısının soyuq keçməsi səbəbindən meyvə ağaclarına və üzüm tinglərinə şaxtadan ciddi ziyan dəyib.
May ayından bəri fermerlər tez-tez qasırğa və daşqınlarla üzləşirlər.
BƏNZƏR MƏQALƏLƏR
-
Laçında daha 18 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB
Laçın, 11 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə çatan […]
-
Tanınmış alimlər beynəlxalq layihə çərçivəsində elmi tədqiqatlarını təqdim ediblər
Bakı, 11 sentyabr, AZƏRTAC Avropa Elmi Tədqiqat Şurasının (European Research Council) dəstəklədiyi “Son neandertallar” layihəsinin […]
-
Dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir
Bakı, 11 sentyabr, AZƏRTAC Azərbaycanda sentyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər […]