EIA: Azərbaycan gündəlik neft hasilatını artırıb – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

EIA: Azərbaycan gündəlik neft hasilatını artırıb

Bu ilin sentyabr ayında Azərbaycanda ortalama gündəlik xam neft hasilatı 530 min barel səviyyəsində olub.

Bu barədə APA ABŞ-nin Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasının (EIA) aylıq hesabatına istinadən xəbər verir.

Hesabata əsasən, bu ilin avqust ayında Azərbaycanda gündəlik neft hasilatı 500 min barel təşkil edib.

Qeyd edək ki, OPEC+ (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) əməkdaşlığı çərçivəsində Azərbaycanın gündəlik xam neft hasilatı üzrə kvotası 684 min bareldir.

Beləliklə, Azərbaycan sentyabr ayında OPEC+ çərçivəsində kvotasından 154 min barel geridə qalıb.

Azərbaycan Respublikası Energetika Nazirliyinin məlumatına görə, 2023-cü ilin avqust ayında Azərbaycanda gündəlik xam neft hasilatı 498 min barel təşkil edib və ölkə bu dövrdə OPEC+ çərçivəsində kvotasından 186 min barel geridə qalıb.

Qeyd edək ki, razılaşma çərçivəsində OPEC+ üzvləri 2023-cü ilin sonuna qədər gündəlik neft hasilatını 2 milyon barel azaldacaq. İyun ayında keçirilən nazirlərin son iclasında alyans 2024-cü ildən gündəlik neft hasilatını sutkada təxminən 1,4 milyon barel azaldacağını bəyan edib.

Mənbə: Oxu.Az

BƏNZƏR MƏQALƏLƏR

Top