
Əhliman Əmiraslanov: Bəzi xəstəxanaların rezident hazırlamaq imkanları azdır
Bakı, 25 yanvar, AZƏRTAC
Azərbaycanda rezidentura səviyyəsində təhsil tətbiq edilməzdən əvvəl bütün dünyanın təcrübəsini öyrəndik, bir çox ölkənin uzmanlıq sistemi ilə yaxından tanış olduq. Bütövlükdə tibbi kadrların hazırlanması, o cümlədən yüksəkixtisaslı ali tibbi karların hazırlanması məsələsi Milli Məclisin Elm və təhsil komitəsi, Təhsil Nazirliyi və Səhiyyə Nazirliyi ilə birgə müzakirə edilməlidir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisin Səhiyyə komitəsinin yanvarın 25-də keçirilən iclasında komitə sədri Əhliman Əmiraslanov deyib.
“Hər xəstəxanaya rezident göndərmək olmaz. Mən bu barədə səhiyyə orqanları ilə söhbət zamanı demişəm. İlk olaraq 31 xəstəxana nəzərdə tutulmuşdu, bu, həddən artıq çoxdur. Əsas klinikalar, böyük mərkəzlər var ki, onlar rezident hazırlaya bilərlər. Bu xəstəxanaların sayı azaldılacaq. Rezident hazırlaya bilmək imkanı olan klinikalara, mərkəzlərə daha çox üstünlük veriləcək. Hazırda elə xəstəxanalar var ki, onların imkanları azdır. Lakin oraya yenə də rezident göndərilir”, – deyə Əhliman Əmiraslanov deyib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
BƏNZƏR MƏQALƏLƏR
-
Əfqanıstanda donaraq ölənlərin sayı 170-i ötüb
Bakı, 30 yanvar, AZƏRTAC Son üç həftə ərzində Əfqanıstanda əlverişsiz hava şəraiti səbəbindən donaraq ölənlərin […]
-
Almaniya kansleri: Rusiya-NATO müharibəsinin baş verməməsi üçün hər şeyi etməliyik
Bakı, 30 yanvar, AZƏRTAC Almaniya kansleri Olaf Şolts Rusiya ilə NATO arasında müharibəyə icazə verməyəcəklərini […]
-
TBMM-nin sədri: Türkiyə-Azərbaycan-Pakistan əlaqələrinə xüsusi əhəmiyyət veririk
Bakı, 30 yanvar, AZƏRTAC Türkiyə-Azərbaycan-Pakistan arasında üçtərəfli əlaqələrə xüsusi önəm veririk. AZƏRTAC Anadolu agentliyinə istinadla […]