
Əhalinin əmlakına dəymiş ziyanla bağlı 5,2 milyon manat ayrılıb
Prezident İlham Əliyev 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhalinin əmlakına dəymiş ziyanla bağlı maddi yardım ödənilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd edilir ki, 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhalinin əmlakına dəymiş ziyanla bağlı maddi yardım ödənilməsi məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə 5 200 000 manat vəsait ayrılsın.
Nazirlər Kabinetinə tapşırılır ki, sərəncamdan irəli gələn məsələləri həll etsin.
BƏNZƏR MƏQALƏLƏR
-
Bakı və Gəncə şəhərləri Ukrayna xalqına humanitar yardım göndərir
Qardaşlaşmış və tərəfdaş şəhərlər xətti ilə Ukrayna şəhərləri tərəfindən edilmiş müraciətlərə cavab olaraq Bakı və […]
-
Əli Əsədov Baş nazir Şinzo Abenin ölümü ilə əlaqədar başsağlığı verib
Baş nazir Əli Əsədov Yaponiyanın Azərbaycandakı səfirliyinə gedərək sabiq Baş nazir Şinzo Abenin ölümü ilə […]
-
Prezident yeni Sərəncam imzaladı
Bərdə rayonunun Mingəçevir–Stansiya Mingəçevir–Bəhrəmtəpə (46 km)–Qarağacı–Mirzəcəfərli–Mollagüllər avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqındaAzərbaycan Respublikası Prezidentinin […]