Əfqanıstanda neft anbarı yaxınlığında partlayış baş verib – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Əfqanıstanda neft anbarı yaxınlığında partlayış baş verib

Bakı, 11 avqust, AZƏRTAC

Əfqanıstan paytaxtı Kabilin qərbində dövlətə məxsus neft anbarı yaxınlığında avtomobil partladılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə “Etilaatroz” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, insident nəticəsində ölənlər var. Təhlükəsizlik xidməti partlayışın baş verdiyi əraziyə girişi məhdudlaşdırıb, hadisə yerində təcili tibbi yardım briqadaları işləyir.

Partlayışa görə məsuliyyəti hələlik heç kim üzərinə götürməyib.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top