“ƏDV geri al” ilə bağlı yenilik – Vergidən azadolma qanuniləşir
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycanda vətəndaşların “ƏDV geri al” (ƏDV keşbek) mexanizmi üzrə əldə etdiyi gəlirlərin vergidən azad edilməsi qanuniləşir.
Milli Məclisin deputatı Vüqar Bayramov “Trend”ə açıqlamasında bildirib ki, bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik təklif edilir.
O qeyd edib ki, Vergi Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, “ƏDV geri al” mexanizmi üzrə əldə edilən gəlirlər vergiyə cəlb edilməyəcək.
“Düzdür, 2023-cü və əvvəlki illərdə də bu gəlirlərə vergilər tətbiq olunmurdu, çünki dövlət bu sahədə təşviq siyasəti həyata keçirirdi. Vergi Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, həmin gəlirlərin vergidən azad olunması qanuniləşir və onun hüquqi bazası formalaşdırılır.
Bu da imkan verəcək ki, həmin gəlirlər növbəti ildən etibarən vergidən azad edilməsi Vergi Məcəlləsində öz əksini tapsın”, – deyə o əlavə edib.
Qeyd edək ki, ƏDV-nin geri qaytarılması layihəsi üzrə ticarət və ictimai iaşə obyektlərində, tibb müəssisələrində və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərə ödənilmiş ƏDV məbləğinin nağdsız ödənişlər üzrə 17,5%-i, nağd ödənişlər üzrə 5%-i, işğaldan azad edilmiş ərazilər daxilində mehmanxanalarda (hotellərdə) ödənilmiş ƏDV məbləğinin isə nağdsız ödənişlər üzrə 30%-i, nağd ödənişlər üzrə 5%-i geri qaytarılır.
BƏNZƏR MƏQALƏLƏR
-
Azərbaycan nefti cüzi bahalaşıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti […]
-
“Yüksəliş” müsabiqəsinin qabiliyyət imtahanı start götürdü
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Dördüncü dəfə təşkil olunan “Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin […]
-
“Məzun günü” üçün restoranlarda yer tapılmır – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz “Məzun günü”nə sayılı günlər qaldığından restoranlara tələbat artıb. […]