Dünyanın ən yaşlı iti öldü – FOTO – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Dünyanın ən yaşlı iti öldü – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Portuqaliyanın Konqeyruş kəndində yaşayan dünyanın ən yaşlı iti ölüb.

Bu barədə “Ginnesin Rekordlar Kitabı”nın saytında məlumat verilib.

Bobi adlı it 2 fevral 2023-cü ildə dünyanın həyatda olan ən yaşlı iti və tarixin ən yaşlı iti kimi tanınıb. 

“Bobi 31 il 165 gün yaşayıb və oktyabrın 21-də Portuqaliyanın Konqeyruş kəndində, Kosta ailəsi ilə birlikdə bütün ömrünü yaşadığı evində vəfat edib”, – deyə məlumatda bildirilib.

Sahiblərinin sözlərinə görə, Bobinin uzunömürlü olmasında səbəb onun bütün ömrünü şəhərətrafı bölgədə, təbiətin qoynunda və sakit mühitdə keçirməsi olub.

Mənbə: News.ru

Mənbə: Oxu.Az

BƏNZƏR MƏQALƏLƏR

Top