Dünyanın ən bahalı təyyarə bileti: 80 min dollara nələr daxildir?
Bu məbləğdən keçən sərnişinlər qonaq otağı, yataq otağı, duş, aşpaz, xidmətçi qız və iki düz ekran TV ilə təmin ediləcək
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) aviaşirkəti “Etihad Airways” müştərilərinə dünyanın ən bahalı biletini təklif edib.
“The Daily Mail” nəşri xəbər verir ki, aviaşirkətin Airbus A380-800 təyyarəsi ilə İngiltərənin London şəhərindən Avstraliyanın Melburn şəhərinə uçmaq və geri qayıtmaq sərnişinlərə 80 min dollara başa gələcək.
Bu məbləğdən keçən sərnişinlər qonaq otağı, yataq otağı, duş, aşpaz, xidmətçi qız və iki düz ekran TV ilə təmin ediləcək. Bu şərait “Etihad Airways”ın yalnız bir təyyarəsində mövcuddur.
Qeyd edək ki, əvvəlki rekord biletin qiyməti də “Etihad Airways”a məxsusdur. Hindistanın Mumbay şəhərindən ABŞ-ın Nyu-York şəhərinə gediş-gəliş biletinin qiyməti 75 min dollar idi. Bu bileti alan sərnişinlər də lüks şəraitlə təmin olunmuşdu.publika.az
BƏNZƏR MƏQALƏLƏR
-
İqlim dəyişikliyi Avropanı həmişəlik dəyişəcək
İnsan fəaliyyəti iqlimin istiləşməsinə azı son 2000 ildə görünməmiş dərəcədə təsir edir. Bu nəticəyə İqlim […]
-
Həkimin “iş vaxtı” və ya bir telefon zəngi ilə xilas edilən həyat
Sən demə, sadə bir telefon zəngi ürək xəstəliyi olan xəstələrin sağ qalmasına səbəb ola bilir. […]
-
“The Crown”da gənc Keyt Middlton və Şahzadə Uilyamı canlandıran aktyorların ilk görüntüləri yayıldı – FOTO
“The Crown” (“Tac”) serialının altıncı mövsümünün çəkilişlərindən ilk kadrlar yayılıb. Kadrlarda gənc Keyt Middlton və […]