Dünyanın ən bahalı numizmatika kolleksiyası hərraca çıxarılır
Bakı, 3 sentyabr, AZƏRTAC
Danimarkalı iş adamı və kolleksiyaçı Lars Emil Brunun 20-ci əsrin əvvəlində topladığı nadir sikkə kolleksiyası sentyabrın 14-də hərraca çıxarılacaq.
AZƏRTAC xəbər verir ki, Emil Brun 1922-ci ildə bu kolleksiyanı bir varlı ailədən alıb. Kolleksiyanın təkrar satılacağı təqdirdə Danimarka Milli Muzeyinin imtiyazlı alıcı hüququ şərt kimi irəli sürülüb. O, bir il sonra dünyasını dəyişib.
Birinci dünya müharibəsinin fəlakətlərinə şahid olan kolleksiyaçı topladığı əşyaların ölümündən sonra 100 il milli sərvət kimi saxlanmasını vəsiyyət edib. Bu müddət 2023-cü ilin sonunda başa çatıb. Yerli KİV-in məlumatına görə, 20 mindən çox sikkənin toplandığı kolleksiya hərraca çıxarılmaq üçün hazırdır. Kolleksiyadakı 16-17-ci əsrlərə aid 7 sikkəni Danimarka Milli Muzeyi satın alıb.
BƏNZƏR MƏQALƏLƏR
-
Laçında daha 18 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB
Laçın, 11 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə çatan […]
-
Tanınmış alimlər beynəlxalq layihə çərçivəsində elmi tədqiqatlarını təqdim ediblər
Bakı, 11 sentyabr, AZƏRTAC Avropa Elmi Tədqiqat Şurasının (European Research Council) dəstəklədiyi “Son neandertallar” layihəsinin […]
-
Dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir
Bakı, 11 sentyabr, AZƏRTAC Azərbaycanda sentyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər […]