MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Dünya Maliyyə birjalarından həftəlik analiz

investAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.

OIL

Dünya əmtəə birjalarında neftə olan tələbat getdikcə artır.
Son bir həftədir dünya maliyyə gündəmini təşkil edən məlumatlardan biri neft qiymətlərinin bahalaşmasıdır. Dünyada neftə olan tələbatın artması ilə Avropanın Brent markalı neftinin bir barel qiyməti 6%-dən çox bahalaşmışdır. Hal-hazırda 48 dollara ticarət edilən Brent markalı neftin bir barel qiyməti gələcək qısa müddət ərzində 50 dollara kimi bahalaşa bilər.

GOLD

Son bir həftə ərzində neft və dollar qiymətlərinin bahalaşması, qızıla olan tələbatı azaltsa da, InvestAZ analitiklərinin fikrincə, bu, müvəqqəti xarakter daşıyır və qiymətlər yenidən 1400 dollara (44 $/q) kimi bahalaşa bilər.

USD

İllin əvvəlindən etibarən FED-in faiz dərəcələrini artıra bilməməsi, dünya birjalarında dolların ucuzlaşmasına səbəb olurdusa, bu, may ayının əvvəlindən etibarən dəyişməyə başladı. Belə ki, ABŞ iqtisadiyyatı ətrafında gözləntilərin yaxşılaşması ilə dollar yenidən bahalaşmağa başladı.

EUR

Avro son bir neçə aydır investorlarına 8%-dən çox gəlir qazandırmışdır və analitiklərin fikrincə, qiymətlər daha da bahalaşa bilər. Son iki həftədir dolların bahalaşması fonunda avronun ucuzlaşdığının şahidi olsaq da, bu, korrektiv xarakter daşıyır və korreksiya 1.1196 dollara kimi davam edə bilər.

GBP

Böyük Britaniya maliyyə bazarlarında isə funtun may ayının əvvəlindən etibarən yenidən ucuzlaşmağa başladığının şahidi oluruq. Dolların bahalaşmaqda davam etməsi və BREXİT risklərinin artması ilə funtun qiyməti 1.4190 dollara kimi, 1.3% ucuzlaşa bilər.

TRY

Türkiyədə isə siyasi risklərin artması türk lirəsinin son 10 gün ərzində 2.80-dən 2.97-ə kimi 6% ucuzlaşmasına səbəb olmuşdur (USD/TRY bahalaşmışdır). Lakin dünya birjalarında 2.95 lirəyə təklif edilən USD/TRY cütlüyü 3.00 lirə altında qaldıqca, yenidən 2.63 lirəyə kimi ucuzlaşa bilər (lirənin bahalaşması).

economic.az

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Leave a Reply

Your email address will not be published.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top
%d bloggers like this: