Dünya Bankı: Azərbaycanda kənd təsərrüfatının inkişafı əhalinin 38 faizinin gəlirlərini qoruyub – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Dünya Bankı: Azərbaycanda kənd təsərrüfatının inkişafı əhalinin 38 faizinin gəlirlərini qoruyub

Kənd təsərrüfatının inkişafı Azərbaycanda sənayedə yaranan zəifləməni kompensasiya edib. Dünya Bankının Şərqi və Mərkəzi Avropa üzrə hesabatında belə deyilir.

Hesabatda qeyd olunur ki, 2015-ci ildə kənd təsərrüfatı sahəsindəki 4,4 faiz yüksəliş, ölkə əhalisinin bu sahədə çalışan 38 faizinin gəlirlərini qoruyub saxlamağa səbəb olub.

Bankın ekspertlərinin qənaətinə görə, milli valyutanın dəyərinin dəyişməsi yerli fermerlərə xarici rəqibləri ilə mübarizə aparmaqda kömək edib. Belə ki, yerli istehsal və xidmət sahələrinə diqqəti artırmaqla xarici istehsalçılara qarşı mübarizə aparmaq olar.

2016-2018-ci illər üçün proqnozlaşdırılan inkişaf göstəricilərində də Azərbaycanda kənd təsərrüfatı sahəsi diqqəti cəlb edir. 2016-cı ildə 4,2 faiz, 2017-ci və 2018-ci illərdə isə hər il 4 faiz olmaqla, yüksəliş gözlənilir. Proqnoza görə, Azərbaycan bu sahədə inkişafda Qafqaz ölkələri arasında birinci yerdə olacaq. Kənd təsərrüfatının artım faizi proqnozu ilə ölkəmiz hesabatın əhatə etdiyi Şərqi və Mərkəzi Avropa ölkələri arasında da ön yerlərdədir.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Top