
Dubayda “Xəzər həftəsi” forumu işə başlayıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bu gün Dubayda (Birləşmiş Ərəb Əmirlikləri) “Xəzər həftəsi – 2023” illik forumuna start verilib.
Oxu.Az-ın məlumatına görə, Böyük Xəzər Assosiasiyası (GCA) və İnteqral şirkətlər qrupunun “DP World” ilə birgə təşkil etdiyi bu tədbir Qlobal Yükdaşıma Sammiti (Global Freight Summit) çərçivəsində keçirilir.
Qeyd edək ki, forum əhatə və təsir dairəsini genişləndirmək məqsədilə ilk dəfə olaraq ənənəvi keçirildiyi məkandan – Davosdan (İsveçrə) kənara çıxıb.
Tədbir Böyük Xəzər Regionunda (BXR) logistika və ticarətin inkişafında yeni meyarlar müəyyən etmək üçün nəzərdə tutulub. Forum regionun logistika problemlərinin həlli üçün ən yaxşı təcrübələrə diqqət yetirəcək, ənənəvi gündəliyini davam etdirəcək.
Qeyd edək ki, “Xəzər həftəsi – 2023” forumunun məqsədi BXR ilə dünya ölkələri arasında, eləcə də BXR daxilində dialoq və əməkdaşlığı inkişaf etdirməkdir.
Üç gün ərzində iştirakçılar əsas diqqəti logistik dəhlizlərin, ticarət inteqrasiyasının və maliyyə şəbəkələrinin yaxınlaşmasına yönəldəcəklər.
Forumda BMT, Beynəlxalq Ticarət Palatası və Beynəlxalq Ekspeditor Assosiasiyaları Federasiyası (FIATA) kimi beynəlxalq təşkilatların nümayəndələri, eləcə də region hökumətlərinin, beyin mərkəzlərinin, akademik və təhsil müəssisələrinin, ölkələrin nümayəndə heyətləri və nüfuzlu biznes liderləri iştirak edirlər.
Xatırladaq ki, intellektual logistika sahəsində dünya lideri kimi tanınan “DP World” şirkəti ilə strateji tərəfdaşlıq çərçivəsində keçirilən “Xəzər həftəsi – 2023” forumu noyabrın 17-dək davam edəcək.
Onu da əlavə edək ki, 2017-ci ildə əsası qoyulan “Xəzər həftəsi” forumu Böyük Xəzər regionunda dialoq, əməkdaşlıq, innovasiya və inkişafı təşviq edən illik tədbirdir.
Rufina Abdullayeva
BƏNZƏR MƏQALƏLƏR
-
“On ay ərzində 21 sahibkarlıq subyektinə sənaye zonalarının rezidenti statusu verilib”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz “2023-cü ilin 10 ayında 21 sahibkarlıq subyektinə sənaye […]
-
Ələt Azad İqtisadi Zonasında karqo terminalları yaradılacaq
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Ələt Azad İqtisadi Zonasında karqo terminallarının yaradılması barədə […]
-
Bakıda Kiçik və Orta Sahibkarlıq üzrə Dünya Forumu keçirilib – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Bakıda Qlobal Sahibkarlıq Həftəsi çərçivəsində Kiçik və Orta […]