
Dubayda bütün yaşayış binalarının səviyyəsini hotellərdə olduğu kimi ulduzlarla qiymətləndirəcəklər
Dubayda bütün yaşayış binalarının səviyyəsini hotellərdə olduğu kimi ulduzlarla qiymətləndirəcəklər.
Nəşrin məlumatəna görə, BƏƏ-də göydələnlər və çoxmərtəbəli yaşayış binaları bundan sonra 1-5 arası ulduzla fərqləndiriləcək. Bu isə sakinlərin təhlükəsizliyini və onlara göstərilən xidmətin səviyyəsini artırmağa yardım etməlidir.
Qəzetin yazdığına görə, bələdiyyə 20 mindən çox torpaq sahəsinin və 120 min daşınmaz əmlak obyektinin artıq müvafiq ekspert qiymətləndirməsindən keçdiyini bildirib. Mütəxəssislər bütün bu yerlərə baş çəkib, şəkillər çəkib və yanğın təhlükəsizliyinin, xidmət səviyyəsinin qiymətləndirməsini həyata keçirib. Məlumatda qeyd olunub ki, çox yaxın gələcəkdə Dubayda daşınmaz əmlak bazarında yekun qiymətlər ictimaiyyət üçün əlyetərli olacaq. report.az
BƏNZƏR MƏQALƏLƏR
-
Moskva birjasında əcnəbilərə ticarət qismən açılıb
Rusiyaya qarşı sanksiyalarda iştirak etməyən ölkələrin investorları yenidən Moskva birjasında ticarətə başlayıblar. Moskva Fond Birjası avqustun […]
-
İyul ayında Çində istehlak və sənaye məlumatları gözləntilərin altında gəldi
Milli Statistika Bürosu, Çində pərakəndə satışların iyul ayında bir il əvvələ nisbətən 2,7 faiz artdığını […]
-
Yaponiya hökuməti istefa verib
Avqustun 10-da Yaponiya hökuməti Nazirlər Kabinetində yeni təyinatlar ərəfəsində tam tərkibdə istefa verib. Nazirlər Kabinetinin […]