Dubay hava limanı sərnişinlərə xidmət üzrə yeni rekord müəyyənləşdirib – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Dubay hava limanı sərnişinlərə xidmət üzrə yeni rekord müəyyənləşdirib

Bakı, 12 avqust, AZƏRTAC

Dünyanın ən böyük nəqliyyat qovşaqlarından biri olan Dubay Beynəlxalq Hava Limanı cari ilin ilk altı ayında 44,9 milyon sərnişinə xidmət göstərərək yeni rekorda imza atıb. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 8 faiz çoxdur.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, ən çox sərnişin Hindistandan qəbul edilib – 6,1 milyon nəfər. Ondan sonra Səudiyyə Ərəbistanı və Böyük Britaniya gəlir – müvafiq olaraq 3,7 milyon və 2,9 milyon nəfər. Ən yüksək sərnişin axınına töhfə verən ölkələr kimi Pakistan (2,3 milyon), ABŞ (1,7 milyon), Rusiya (1,3 milyon) və Almaniya (1,3 milyon) da göstərilib.

Hesabat dövründə Dubay Hava Limanı 216 min reys qəbul edib ki, bu da 2023-cü ilin ilk altı ayı ilə müqayisədə 7,2 faiz çoxdur. 7,9 milyon sərnişinin hava limanının xidmətlərindən istifadə etdiyi ən sıx ay yanvar ayı olub.

Dubay Beynəlxalq Hava Limanı 2024-cü ildə 91,8 milyon insanı qarşılamağı planlaşdırır.

Qeyd edək ki, 2023-cü ildə Dubay Beynəlxalq Hava Limanında sərnişin axını 86,9 milyon nəfərə çatıb. COVID-19 pandemiyasından əvvəl rekord göstərici 2018-ci ildə qeydə alınıb – 89,1 milyon sərnişin.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top