
DSX: Azərbaycanın dövlət sərhədini pozmağa cəhd göstərən 10 Nepal vətəndaşı saxlanılıb
Bakı, 8 may, AZƏRTAC
Dövlət Sərhəd Xidməti (DSX) dövlət sərhədinin еtibarlı mühafizəsinin təmin olunmasını və qеyri-lеqal miqrasiyaya qarşı mübarizə tədbirlərini davam еtdirir.
DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, mayın 6-da saat 21:59-da Sərhəd Qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin xidməti ərazisində, Azərbaycan Respublikasından Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən 10 nəfər Nepal Federativ Demokratik Respublikası vətəndaşı saxlanılıb.
Aparılmış əməliyyat-istintaq tədbirləri nəticəsində saxlanılan şəxslərin dövlət sərhədini pozaraq qanunsuz yolla keçmələrinə bələdçilik edən Azərbaycan vətəndaşları Xalid Teymur oğlu Nadirli və Tural Teymur oğlu Ağayev müəyyənləşdirilərək istintaqa cəlb olunub.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
BƏNZƏR MƏQALƏLƏR
-
Azərbaycanda internet telekommunikasiya xidməti göstərən 107 internet operator və provayder uçota alınıb
Bakı, 1 iyun, AZƏRTAC Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu, Rəqəmsal İnkişaf və […]
-
Tərtərdə uşaq yaradıcılıq festivalı keçirilib
Tərtər, 1 iyun, AZƏRTAC Tərtər Olimpiya İdman Kompleksində “Uşaqlar bizim gələcəyimizdir” adlı uşaq yaradıcılıq festivalı […]
-
Ədliyyə Nazirliyi Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı tədbir təşkil edib
Bakı, 1 iyun, AZƏRTAC 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Ədliyyə Nazirliyi tərəfindən […]