
Dövlət Xidməti vəkilliyə namizədlər üçün təlim keçirib
Bakı, 27 fevral, AZƏRTAC
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin təşəbbüsü ilə Ədliyyə Akademiyasında icbari təlim kursu proqramı və Vəkillər Kollegiyasının Hüquqi Yardım və Tədris Mərkəzinin vəkillərin ixtisasartırma kursu proqramı üzrə növbəti onlayn təlim keçirilib.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib ki, qurum ilə Vəkillər Kollegiyası arasında imzalanmış Əməkdaşlıq Memorandumu çərçivəsində təşkil olunan “İstehlakçı hüquqlarının müdafiə mexanizmləri” mövzusunda təlimdə 106 nəfər vəkilliyə namizəd iştirak edib.
Təliminin məqsədi istehlakçı hüquqlarının müdafiəsi sahəsində vətəndaşlara göstərilən hüquqi yardımın keyfiyyətinin yüksəldilməsindən ibarətdir. İştirakçılara istehlakçıların əsas hüquq və vəzifələri, istehlakçı hüquqlarının müdafiəsi mexanizmləri və bu hüquqların pozulması ilə bağlı məsuliyyət tədbirləri barədə ətraflı məlumat verilib. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
BƏNZƏR MƏQALƏLƏR
-
Laçın rayonunun təhlükəsizliyi ilə bağlı mühüm addımlar atılır
Bakı, 30 mart, AZƏRTAC “İkinci Qarabağ müharibəsi dövründə Laçın rayonunun işğaldan azad edilməsi əsas vəzifələrdən […]
-
ATU Türkiyə universitetləri ilə əlaqələrin genişləndirilməsində maraqlıdır
Bakı, 30 mart, AZƏRTAC Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcı Azərbaycan Tibb Universitetinin […]
-
Canni De Byazi: Uğur seriyasını davam etdirmək istəyirik
Bakı, 23 mart, AZƏRTAC Sabah meydanda maksimum gücümüzü ortaya qoymağa çalışacağıq. Avstriya yığması çox yaxşı […]