
Dövlət Məşğulluq Agentliyi son 6 ayda 47 mindən çox şəxsi işlə təmin edib
ECONOMİC: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən bu ilin 6 ayında 47,4 min işsiz və işaxtaran şəxs münasib işlərlə təmin edilib.
Onlardan 21 487-si ödənişli ictimai işlərə cəlb olunub, 167-sinin əməkhaqlarının birgə maliyyələşdirilməsi proqramı üzrə işlə təminatı həyata keçirilib. 118 işsiz və işaxtaran peşə hazırlığı kurslarına, 147 şəxs peşəyönümü məsləhəti xidmətinə cəlb olunub.
1570 şəxsə işsizlikdən sığorta ödənişi təyin edilib, 96 peşə və kvalifikasiya standartı hazırlanaraq istifadəyə verilib.
BƏNZƏR MƏQALƏLƏR
-
Əli Əsədov qərar İMZALADI
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiyasının tərkibində dəyişiklik edilib. Bu barədə Baş nazir Əli […]
-
Birinci Qarabağ müharibəsi əlilləri birdəfəlik ödəmələrini əldə edirlər
Birinci Qarabağ müharibəsi əlilləri birdəfəlik ödəmələrini əldə edirlər Artıq 11 minədək müharibə əlilinə proaktiv qaydada […]
-
Sahil Babayev birdəfəlik ödənişlər haqqında danışıb
Nazir Sahil Babayev: “Əvvəllər müharibə əlili olmuş, lakin sonradan sağalmış şəxslərə də birdəfəlik ödəniş edilir” […]