Dövlət Agentliyinin nümayəndə heyəti Türkiyədə rəsmi səfərdədir - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Dövlət Agentliyinin nümayəndə heyəti Türkiyədə rəsmi səfərdədir

ECONOMİC: 12-14 iyul 2021-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Respublikasında səfərdə olub.

Səfər çərçivəsində nümayəndə heyəti “Türkiyə Texnoloji Takımı” ilə görüşüb və məktəblilərin texnologiya sahəsində bilik və bacarıqlarının artırılmasını təmin edən “Deneyap” mərkəzinə baxış keçirib. Həmçinin “Baykar” şirkətinin fəaliyyəti, “Bayraktar” və “Akıncı” tipli pilotsuz hava texnologiyalarının istehsal və araşdırma mərkəzinin işi ilə tanış olub. Aparılmış müzakirələr nəticəsində ortaq layihələrin həyata keçirilməsi və qarşılıqlı əməkdaşlığa dair daha öncə əldə olunmuş razılıqların icrası mexanizmi müəyyən edilib.

Ceyhun Salmanov Prezident İlham Əliyevin rəqəmsallaşma və innovasiyalar sahəsinə böyük önəm verdiyini və onun tapşırıqlarına uyğun olaraq, Azərbaycanda əhəmiyyətli işlərin həyata keçirildiyinin diqqətə çatdırıb.

“Baykar” şirkətinin rəhbərliyi Dövlət Agentliyinin innovasiya və rəqəmsal hökumət sahəsində gördüyü işləri maraqla dinləyərək müvafiq layihələr üzrə əməkdaşlıqdan məmnun olacaqlarını bildirib.

Sonda xatirə şəkilləri çəkilib və qarşılıqlı hədiyyələr təqdim olunub.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top