Dörd milyarddan çox vəsait necə xərclənəcək? – FOTO – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Dörd milyarddan çox vəsait necə xərclənəcək? – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Cəmiyyətdə Hesablama Palatasının gördüyü işlər və imicinin dəyərləndirilməsi istiqamətində işlər aparılmalıdır”.

“Qafqazinfo” xəbər verir ki, bunu deputat Əli Məsimli Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deyib.

“Dünyada əsasən iki qurumdan çəkinirlər: Dövlət Vergi Xidməti (DVX) və Hesablama Palatası (HP). Bizim cəmiyyətdə DVX-dən çəkinirlər, amma HP ilə bağlı vəziyyət bir az fərqlidir.

Bundan əlavə biz işğaldan azad olunmuş ərazilərə 12 milyard manatdan çox vəsait yatırmışıq. Bu il isə büdcədən 4 milyard manatdan çox vəsait xərclənəcək. Bir müddətdən sonra bu aktual olacaq ki, həmin vəsaitdən istifadə səmərəliliyi nə dərəcədədir? Hesablama Palatası öz fəaliyyətində prioritet kimi bu vəsaitlərdən səmərəli istifadənin artırılmasını gücləndirsə, yaxşı olar”, – deyə deputat vurğulayıb.

Mənbə: Oxu.Az

BƏNZƏR MƏQALƏLƏR

Top