Doqquz ay ərzində “Azəriqaz”a daxil olan müraciətlərin sayı açıqlandı
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Birliyin Şikayətlərin araşdırılması şöbəsinə 2023-cü ilin 9 ayı ərzində müxtəlif instansiyalardan və birbaşa vətəndaşlardan ümumilikdə 8 675 müraciət daxil olub”.
Oxu.Az xəbər verir ki, bu sözləri Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İB-nin Şikayətlərin araşdırılması şöbəsinin rəisi İbrahim Kərbalayev deyib.
Onun sözlərinə görə, 3 915 müraciət “Opentext” proqramı vasitəsilə, 4 760 müraciət isə elektron formada daxil olub:
“Belə ki, “Opentext” proqramı vasitəsilə daxil olmuş müraciətlər 2022-ci ilin 9 ayı ilə müqayisədə 705 müraciət azalıb. Göstərilən müraciətlər əsasən təbii qaza görə yaranmış borcun araşdırılması, fərdi qaydada evlərin qazlaşdırılması, kənd və qəsəbələrin qazlaşdırılması, qaz xəttinin və sayğacın yerinin dəyişdirilməsi və digər məsələlərlə bağlıdır”.
Könül Cəfərli
BƏNZƏR MƏQALƏLƏR
-
Azərbaycan nefti cüzi bahalaşıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti […]
-
“Yüksəliş” müsabiqəsinin qabiliyyət imtahanı start götürdü
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Dördüncü dəfə təşkil olunan “Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin […]
-
“Məzun günü” üçün restoranlarda yer tapılmır – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz “Məzun günü”nə sayılı günlər qaldığından restoranlara tələbat artıb. […]