Dollar dünya birjalarında kəskin bahalaşır - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

avro dollar

Dollar dünya birjalarında kəskin bahalaşır

Birjaların FED-in bu həftə keçiriləcək toplantısında uçot dərəcələrini 0.75% artıracağı ehtimallarını qiymətləndirməsi fonunda dollar dünya birjalarında kəskin bahalaşır.

Dollar qarşısında böyük itkilər verən EURUSD və GBPUSD məzənnələrinin müvafiq olaraq 1.0400 və 1.2130 hədlərindən dəstək gördüyü müşahidə olunur. Eniş tendensiyası davam edərsə, avro dollar qarşısında 1.03$, funt sterlinq isə 1.20$-ə qədər geriləyə bilər.

Bu gün İngiltərədə açıqlanacaq əmək bazarı, Avrozona və Almaniyada açıqlanacaq “ZEW” iqtisadi aktivlik indeksi göstəriciləri EURUSD və GBPUSD cütlüklərindəki növbəti dalğalanmalara təsir edə bilər.

Dolların dünya birjalarındakı aqressiv təzyiqi qarşısında qızıl 1818$-a kimi geriləyib. Eniş tendensiyası davam edərsə, qiymətli metalın bir unsiya üzrə qiyməti 1796$-a kimi ucuzlaşa bilər.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top