Dizel yanacağının istehsalı artıb - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Dizel yanacağının istehsalı artıb

Yanvar-aprel aylarında Azərbaycanda 776,8 min ton dizel yanacağı, 365,5 min ton avtomobil benzini, 137,2 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 148,7 min ton ağ neft, 21,3 min ton yanacaq mazutu, 17,6 min ton sürtkü yağları, 67,6 min ton neft bitumu və 87,5 min ton neft koksu istehsal olunub.

4 ayda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1 milyard 198,8 milyon manat olmaqla ötən ilin eyni ayları ilə müqayisədə 1,4 faiz azalıb.

Sürtkü yağlarının istehsalı 91,3 faiz, neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı 35 faiz, neft koksunun istehsalı 13,8 faiz, dizel yanacağının istehsalı 6 faiz artıb.

Neft bitumunun istehsalı 14,8 faiz, avtomobil benzininin istehsalı 10 faiz, ağ neftin istehsalı 20,3 faiz, yanacaq mazutunun istehsalı 27,1 faiz azalıb.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top