“Disneyland”in yüzlərlə işçisi tətil keçirir - VİDEO - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

“Disneyland”in yüzlərlə işçisi tətil keçirir – VİDEO

Parisdə “Disneyland”in bir neçə yüz işçisi tətil edir. Onlar əyləncə parkının rəhbərliyindən maaşlarının artırılmasını tələb edirlər.

Aksiyanı Fransanın ən böyük həmkarlar ittifaqı “Ümumi Əmək Konfederasiyası” (CGT) təşkil edib. Tətildə animatorlar, hotel və restoran işçiləri, mühafizəçilər və attraksion operatorları iştirak edir. Onlar rəhbərlikdən aylıq maaşların 200 avro artırılmasını və iş şəraitinin yaxşılaşdırılmasını tələb edirlər.

Disneyland işçiləri keçən həftə oxşar nümayiş təşkil ediblər. Tətildə 500-ə yaxın insan iştirak edib. Bu aksiyadan sonra əyləncə parkının rəhbərliyi həmkarlar ittifaqı təşkilatlarının nümayəndələri ilə görüş keçirib və bu toplantıda, xüsusən də işçilərə aylıq maaşlarının 125 avro artırılması təklif olunub. Lakin həmkarlar ittifaqı mərkəzlərinin nümayəndələri təklif olunan tədbirləri qeyri-inandırıcı adlandıraraq rədd ediblər.

Keçən il “Disneyland”i 15 milyona yaxın insan ziyarət edib. Onların da əhəmiyyətli hissəsi xarici turistlərdir. Hazırda parkda 16 mindən çox insan çalışır.

Mənbə: TASS

Mənbə: Oxu.Az

BƏNZƏR MƏQALƏLƏR

Top