DİN işğaldan azad olunmuş ərazilərə buraxılan şəxslərə müraciət edib
Bakı, 23 avqust, AZƏRTAC
Daxili İşlər Nazirliyi (DİN) işğaldan azad edilmiş ərazilərə buraxılan şəxslər üçün yaddaş hazırlayıb.
Bu barədə AZƏRTAC-a nazirliyin mətbuat xidmətindən bildirilib. Qeyd olunub ki, həmin bölgəyə buraxılanlar göstərilən tələblərə riayət etməlidirlər:
– şəxsiyyəti təsdiq edən sənəd daim üzərində olmalı;
– sənədlərin, şəxsi əşyaların və avtomobilin baxış üçün təqdim olunması və s. haqda polis əməkdaşının qanuni göstərişləri yerinə yetirilməli;
– avtomobildə yaranmış texniki nasazlıq, üzləşdiyi qəza, yanğın, partlayış və digər hadisələr, tapılan silah, sursat, partlayıcı maddə və başqa əşyalar barədə dərhal DİN-in “102” Xidmətinə məlumat verilməli;
– əvvəlcədən müəyyən olunmuş marşrutdan yayınmamalı və alternativ yollarla hərəkət etməməli;
– mənşəyi məlum olmayan əşyalara toxunmamalı;
– hərbi texnikanın və hərbi obyektlərin video və foto çəkilişini aparmamalı;
– hər hansı şəxsdən bağlama, çanta və mənşəyi məlum olmayan əşya qəbul etməməli, aidiyyəti orqanların razılığı olmadığı halda çadır qurmamalı, tonqal qalamamalı, su hövzəsinə daxil olmamalı;
– hərəkət marşrutu üzrə və olduğu ərazilərdə təmizliyə riayət etməli, məişət tullantılarını urnalardan kənara atmamalı;
– gəldiyi ərazidə icazə verilmiş vaxtdan artıq qalmamalı (gecələməməli);
– əraziyə spirtli içki, psixotrop, tezalışan və partlayıcı maddələr, hər hansı növ silah aparmamalı;
– müvafiq icazəsi olmayan şəxslərin əraziyə keçməsinə kömək etməməli və yaxud digər formada şərait yaratmamalı.
Tələbləri pozan şəxslər dərhal ərazidən çıxarılır, portal sistemindəki icazələri ləğv edilir, həmçinin qanunvericilikdə müəyyən edilmiş qaydada inzibati və cinayət məsuliyyətinə cəlb olunurlar.
BƏNZƏR MƏQALƏLƏR
-
Türkiyəli ekspert: Azərbaycanın Ermənistan Konstitusiyasına dəyişiklik edilməsi ilə bağlı tələbləri haqlıdır
Ankara, 11 sentyabr, AZƏRTAC “Ermənistan Konstitusiyasının hazırkı redaksiyası Bakı ilə İrəvan arasında sülh sazişinin imzalanmasına […]
-
Laçın sakini: Yurduma gedib işimi davam etdirmək istəyirəm
Bakı, 11 sentyabr, AZƏRTAC “Laçında illərlə mətbuat işçisi olmuşam. İndi yurduma gedib işimi yenidən davam […]
-
Mayotda işsizlik Fransa üzrə orta göstəricidən 5 dəfə çoxdur
Bakı, 11 sentyabr, AZƏRTAC Fransanın Mayot departamentində işsizlik artaraq 37 faizə çatıb. AZƏRTAC “”Figaro”ya istinadla […]