“Din araşdırmaları” jurnalının növbəti nömrəsinə məqalə qəbulu aparılır
Bakı, 6 avqust, AZƏRTAC
Azərbaycan İlahiyyat İnstitutunun “Din araşdırmaları” jurnalının növbəti nömrəsinə məqalə qəbuluna başlanılıb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, yazılarının dərc olunmasını arzulayan müəlliflər sentyabrın 30-dək jurnalın rəsmi internet saytında qeydiyyatdan keçərək şəxsi kabinet yaratmaqla araşdırmalarını göndərə bilərlər.
Jurnala teoloji, fəlsəfi, tarixi, sosioloji, psixoloji, ədəbi və digər aspektlərdən təhlil edilən məqalələri vermək olar.
“Din araşdırmaları” Ali Attestasiya Komissiyasının elmi jurnallar qarşısında qoyduğu tələblərə və beynəlxalq standartlara uyğun şəkildə ildə iki dəfə nəşr olunur və yayımlanır. Əsasən, orijinal, əvvəllər heç bir nəşrdə dərc olunmamış və nəşrə təqdim edilməmiş araşdırmalar qəbul edilir.
Jurnala elmi dərəcəsi olan xarici ölkə və yerli alimlərin, eləcə də doktorantların və magistrantların məqalələri qəbul edilir.
Elmi nəşrə göndərilən və qəbul edilən məqalələr üçün heç bir ödəniş tələb olunmur. Jurnalda dərc olunacaq hər məqalə üçün DOI (Digital Object Identifier) təsisçi tərəfindən təmin edilir.
Jurnala göndərilən məqalələr anonimlik gözlənilərək redaksiya heyətində olan yerli və xarici alimlərin dəyərləndirilməsindən sonra dərc olunur.
BƏNZƏR MƏQALƏLƏR
-
Laçında daha 18 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB
Laçın, 11 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə çatan […]
-
Tanınmış alimlər beynəlxalq layihə çərçivəsində elmi tədqiqatlarını təqdim ediblər
Bakı, 11 sentyabr, AZƏRTAC Avropa Elmi Tədqiqat Şurasının (European Research Council) dəstəklədiyi “Son neandertallar” layihəsinin […]
-
Dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir
Bakı, 11 sentyabr, AZƏRTAC Azərbaycanda sentyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər […]