Diaspor Gənclərinin V Yay Düşərgəsi iştirakçıları Qarabağ Universitetində olublar
Bakı, 5 avqust, AZƏRTAC
Laçında keçirilən V Yay Düşərgəsinin iştirakçıları Xankəndi şəhərinə səfər ediblər. Şəhərin müxtəlif yerləri ilə tanış olan gənclərə Xankəndi haqqında ətraflı məlumat verilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, sonra iştirakçılar Qarabağ Universitetinə gedib, rektor Şahin Bayramovla görüşüblər. Rektor düşərgə iştirakçılarının Qarabağ Universitetinin ilk qonaqları olduqlarını bildirib, təhsil ocağının yerləşdiyi binanın tarixi, müasir infrastrukturu, gələcək plan və layihələri, universitetdə tədris ediləcək fakültə və ixtisaslar haqqında ətraflı məlumat verib.
Rektor ali təhsil ocağının yeni tədris ilində ilk dəfə fəaliyyətə başlayacağını, 2024-2025-ci tədris ili üçün 6 fakültədə 27 ixtisas üzrə 1000-dən çox tələbənin qəbulunun gözlənildiyini bildirib. O, növbəti illərdə fakültə və ixtisas sayının artacağını, bakalavr təhsili ilə yanaşı magistratura, doktorantura pilləsinə də tələbə qəbulu keçiriləcəyini vurğulayıb.
Şahin Bayramov Qarabağın adını daşıyan bu universitetin Azərbaycan ali təhsilini dünyada təmsil edəcək ən modern bir təhsil müəssisəsinə çevrilməsinin əsas məqsədlərdən biri olduğunu gənclərin diqqətinə çatdırıb.
Rektor, həmçinin diaspor gənclərindən gözləntilərini açıqlayıb. Qarabağ Universitetinin dünyada tanınmasına, növbəti illərdə xarici tələbələrin də cəlb olunmasına dəstək göstərəcəklərinə inamını ifadə edib.
BƏNZƏR MƏQALƏLƏR
-
Laçında daha 18 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB
Laçın, 11 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə çatan […]
-
Tanınmış alimlər beynəlxalq layihə çərçivəsində elmi tədqiqatlarını təqdim ediblər
Bakı, 11 sentyabr, AZƏRTAC Avropa Elmi Tədqiqat Şurasının (European Research Council) dəstəklədiyi “Son neandertallar” layihəsinin […]
-
Dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir
Bakı, 11 sentyabr, AZƏRTAC Azərbaycanda sentyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər […]