
DəmirBank pul köçürmə sistemləri sayına görə liderdir
DəmirBank ölkədaxili və dünyanın 200-dək ölkəsinə köçürmələr etmək üçün müxtəlif pul köçürmə sistemlərini müştərilərin xidmətinə təqdim edir. Müştərilərə ümumilikdə 10 köçürmə sisteminin xidmətindən istifadə etmək imkanı yaradılıb ki, Banko.azsaytının verdiyi məlumata əsasən,DəmirBank bu göstəriciyə görə banklar arasında liderdir. Belə ki, Zolotaya Korona, Western Union, Leader, Blizko, Forsaj, Privat Money, Contact beynəlxalq köçürmə sistemləri ilə dünyanın bir çox ölkəsinə, UPT sistemi ilə Türkiyəyə, Şimşək, Monex sistemləri ilə ölkədaxili köçürmələri qısa müddətdə və çox rahatlıqla həyata keçirtmək mümkündür.
DəmirBank-da pul köçürməklə müştərilər eyni zamanda 2 kampaniyadan yararlana bilər. “Pul köçürənə/alana plastik kart hədiyyə” kampaniyası çərçivəsində məbləğdən asılı olmayaraq, istənilən pul köçürməsi sistemi ilə pul köçürən və ya alan müştəriyə pulsuz debet kartı hədiyyə olunur. Həmçinin, DəmirBank-ın “Pul köçürən və alanlara mobil danışıq kartı hədiyyə” kampaniyası mövcuddur ki, adı çəkilən aksiya çərçivəsində müştərilər “DəmirBank”ın təcili pul köçürmə xidmətlərindən istifadə etməklə “Mobil danışıq kartı hədiyyə” kampaniyasından da faydalana bilərlər.
Bankla əlaqə saxlamaq üçün:
Məlumat Mərkəzi : (012) 149
BƏNZƏR MƏQALƏLƏR
-
Pulu nağdlaşdıran zaman komissiya haqqı ləğv oluna bilərmi – Ekspert rəyi
Milli Məclisdə bankomatlardan pulun nağdlaşdırılması zamanı tutulan komissiya haqqının ləğv olunması və ya az olması […]
-
Kapital Bank daha bir filialını istifadəyə verdi
Ölkənin ən geniş filial şəbəkəsinə malik olan Kapital Bank daha bir filialını istifadəyə verdi. Bu […]
-
Birbank Cashback kart sahibləri bonuslardan ayda 50 manat qazanırlar
Ölkənin ilk rəqəmsal bankı Birbank müştərilərinə bir sıra üstünlüklər verən pulsuz Birbank Cashback debet kartını […]