Debbi qasırğası ABŞ-də 6 nəfərin həyatına son qoyub – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Debbi qasırğası ABŞ-də 6 nəfərin həyatına son qoyub

Bakı, 8 avqust, AZƏRTAC

ABŞ-nin Florida ştatını vuran Debbi qasırğası nəticəsində 6 nəfər həlak olub.

AZƏRTAC xəbər verir ki, bu barədə NBC televiziyası məlumat yayıb.

Kanalın məlumatına görə, qəza nəticəsində 5 nəfər ölüb, yelkənli qayıqda isə daha bir meyit tapılıb.

Televiziya şirkəti rəsmilərə istinadən xəbər verir ki, qasırğanın vurduğu ziyanı yalnız iki həftə sonra, çaylarda suyun səviyyəsi aşağı düşəndən sonra tam qiymətləndirmək mümkün olacaq.

Florida və Corciya ştatlarında 160 mindən çox sakinin elektrik təchizatı kəsilib.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top