Daha bir güləşçimiz dünya çempionatında üçüncü yeri tutub
Bakı, 4 sentyabr, AZƏRTAC
Azərbaycanın yunan-Roma güləşçisi Ruslan Nurullayev İspaniyanın Pontevedra şəhərində keçirilən U-20 dünya çempionatında bürünc medal qazanıb.
AZƏRTAC xəbər verir ki, 72 kiloqram çəki dərəcəsində çıxış edən idmançı 3-cü yer üçün çinli Venhao Hu ilə mübarizə aparıb. Rəqibinə 6:5 hesabı ilə qalib gələn R.Nurullayev dünya üçüncüsü olub.
Azərbaycanın digər təmsilçisi Tural Əhmədov (60 kiloqram) təsəlliverici görüşdə polşalı Dominik Partikaya tam üstünlüklə (9:1) qalib gəlsə də, bürünc medal uğrunda qarşılaşmada rusiyalı Papik Cavadyana 0:2 hesabı ilə məğlub olaraq 5-ci yerlə kifayətlənib. Bununla da dünya çempionatında yunan-Roma güləşi üzrə yarışa yekun vurulub.
Beləliklə, Azərbaycan millisi mundialı 1 gümüş və 1 bürünc medalla başa vurub.
Xatırladaq ki, ötən gün Cocu Səmədov (87 kiloqram) dünya ikincisi olub.
BƏNZƏR MƏQALƏLƏR
-
Laçında daha 18 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB
Laçın, 11 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə çatan […]
-
Tanınmış alimlər beynəlxalq layihə çərçivəsində elmi tədqiqatlarını təqdim ediblər
Bakı, 11 sentyabr, AZƏRTAC Avropa Elmi Tədqiqat Şurasının (European Research Council) dəstəklədiyi “Son neandertallar” layihəsinin […]
-
Dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir
Bakı, 11 sentyabr, AZƏRTAC Azərbaycanda sentyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər […]