
CNN: Rusiyanın Ukraynaya göndərdiyi on minlərlə yeni əsgər vəziyyəti dəyişmədi
Bakı, 24 yanvar, AZƏRTAC
Son bir neçə ayda Kreml cəbhə xəttini möhkəmləndirmək üçün Ukraynaya on minlərlə yeni rus əsgər göndərib.
AZƏRTAC bu barədə CNN telekanalına istinadən xəbər verir.
Telekanalın məlumatına görə, qüvvələrin bu cür köçürülməsi heç bir nəticə vermədi: “Çünki əsgərlər “döyüş meydanına atılmaq” üçün “zəif təchizatlı, zəif hazırlıqlı” cəbhə xəttinə gəliblər”.
“Rusiya yeni təşkil edilmiş və birləşmiş birləşmələr əvəzinə, mövcud birləşmələrə əvəzedici və ya gücləndirici olaraq qoşun göndərib”, – jurnalistlər ABŞ-ın yüksək rütbəli məmuruna istinadən bildiriblər.
Bir qədər əvvəl Prezident Vlodomir Zelenski bildirmişdi ki, Ukrayna Silahlı Qüvvələri Rusiyanın hansı qüvvələri topladığını görür və onları dəf etməyə hazırdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
BƏNZƏR MƏQALƏLƏR
-
Gəncədə minik avtomobili yanıb
Gəncə, 8 fevral, AZƏRTAC Gəncədə yanğın hadisəsi baş verib. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, […]
-
Kioto Universiteti yaponların qanından alınan kök hüceyrələri satmağa başlayır
Bakı, 8 fevral, AZƏRTAC Yaponiyanın Kioto Universiteti yaponların qanından alınan induksiya edilmiş kök hüceyrələrin (iPS […]
-
Cozef Bayden respublikaçılar və demokratlar arasında əməkdaşlığın vacibliyindən danışacaq
Bakı, 8 fevral, AZƏRTAC ABŞ-ın respublikaçılar və demokratlar partiyalarının nümayəndələri ölkənin mənafeyi naminə birgə çalışmalıdırlar. […]