Çində tornado: 1 nəfər ölüb, 79 nəfər xəsarət alıb – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Çində tornado: 1 nəfər ölüb, 79 nəfər xəsarət alıb

Pekin, 6 iyul, AZƏRTAC

Çinin Şandon əyalətində baş verən tornado 1 nəfərin ölümünə, 79 nəfərin müxtəlif dərəcədə bədən xəsarətləri almasına səbəb olub.

AZƏRTAC əyalətin fövqəladə hallarla mübarizə departamentinə istinadla xəbər verir ki, təbii fəlakət Donmin rayonunun Çayyuanci və Şavo qəsəbələrində günortadan sonra baş verib. Tornado qəsəbələrdə fərdi evlərə və infrastruktura da ziyan vurub. Hazırda axtarış işləri ilə paralel təbii fəlakətin nəticələri aradan qaldırılır, dəymiş ziyan hesablanır.

Şandon əyalətinin İnan qəzasında bir gün əvvəl meydana gələn tornado isə fəsadsız və tələfatsız olub.

Əyalətdə qarşıdakı günlərdə gözlənilən fırtına və şiddətli yağış ilə əlaqədar “sarı” xəbərdarlıq elan edilib.

Çinin İqlim Mərkəzinin məlumatına əsasən, Şandon əyalətində ildə orta hesabla 1,5 dəfə tornado baş verir.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top