Çin Azərbaycandan tranzitlə Niderland limanına yük daşımağı planlaşdırır – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Çin Azərbaycandan tranzitlə Niderland limanına yük daşımağı planlaşdırır

Çin Azərbaycan ərazisindən tranzitlə Niderlandın Venlo limanına blok-qatarlarla yük daşımağı planlaşdırır.

Economic.az xəbər verir ki, bunu Trend-ə Bakı Beynəlxalq Dəniz Ticarət Limanının Strateji Planlaşdırma və İnkişaf Departamentinin rəisi Xudayar Həsənli deyib.

Onun sözlərinə görə, son bir neçə il ərzində liman Avropanın iri limanları ilə əməkdaşlığı genişləndirib, bu yaxınlarda isə “Trammo Inc” və Batumi gübrə terminalının sahibi “Wondernet Express Investment Group” şirkətləri ilə anlaşma memorandumu imzalayıb:

“Avropada əməkdaşlıq etdiyimiz iri limanlara Venlo, Antverpen və digər limanlar daxildir. Gələcəkdə Çin Venlo limanına blok-qatarlarla yük daşımağı planlaşdırır ki, bu qatarlar da tranzitlə bizim limandan keçəcək”.

Departament rəhbəri əlavə edib ki, Bakı limanında reallaşdırılması planlaşdırılan iri layihələr ortamüddətli perspektivdə limanın inkişafını sürətləndirəcək, dayanıqlığını və tranzit potensialını, eləcə də beynəlxalq təşkilatların etimadını artıracaq.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Top