
Çimərliklərin yoxlanılmasına başlanıldı
Çimərlik mövsümünün başlanmasına sayılı günlər qalıb. Hələlik çimərlik mövsümü rəsmi olaraq açılmasa da, çimmək üçün olmasa da indidən çimərliyə gedənlər var. Gigiyena və Epidemiologiya Mərkəzinin (GEM) və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşları standartlara cavab verən çimərlikləri müəyyən etmək üçün birgə monitorinqlərə başlayıb.
“Artıq aidiyyatı qurumlar çimərliklərdə monitorinqlərə başlayıb”
GEM-nin şöbə müdiri Ziyəddin Kazımov anspress-ə açıqlamasında deyib ki, bir həftədən çoxdur başlayan monitorinqlər qanuni və qeyri-qanuni çimərliklərdə aparılır. “Hazırda biz elə dəniz kənarındayıq. Sudan nümunələr götürürük. Artıq 3 çimərlikdən nümunələr götürülüb və yoxlanılması üçün laboratoriyalara verilib. Mövsüm açılana kimi digərlərində də monitorinqlər keçiriləcək. Biz yekun nəticələri elan edib, vətəndaşları maarifləndirəcəyik”. Ziyəddin Kazımov əlavə edib ki, monitorinqlər zamanı çimərlik zolaqlarının sanitar-texniki vəziyyəti yoxlanılır, götürülən su nümunələri fiziki, kimyəvi və toksikoloji müayinələrdən keçirilir.
Ötən il keçirilən monitorinqlər zamanı Sumqayıt, Qaradağ rayonu Sahil qəsəbəsinin “Sahil” və Səbail rayonunun Şıx çimərliklərindən başqa digər çimərliklər istifadəyə yararlı elan edilmişdi. Daha öncəki illərdə də adəkilən çimərliklərdə istirahət təhlükəli elan edilmişdi. Sutəmizləyici qurğuların quraşdırılmadığı məntəqələrdə (Sumqayıt, Səbail rayonunun Şıx və Qaradağ rayonunun Sahil qəsəbəsinin çimərlik ərazilərində) mikrobioloji baxımdan çirklənmə qeydə alınıb. Bu ərazilərdə böyük həcmlə axıdılan tullantı suları müvafiq norma və standartlara uyğun təmizlənmədən və zərərsizləşdirilmədən dənizə axıdıldığına görə sözügedən ərazilərdə bağırsaq çöpü bakteriyalarının və şərti patogen E.coli-nin miqdarı normadan artıq müəyyən edilmişdir. Builki monitorinqlərin nəticələri isə yeni çimərlik mövsümü başlayana qədər, yəni yaxın iki həftə ərzində elan ediləcək.
BƏNZƏR MƏQALƏLƏR
-
ABŞ-ın ev təsərrüfatlarının borcu ikinci rübdə 16 trilyon dolları ötüb
ABŞ-da ev təsərrüfatlarının borcu bu ilin ikinci rübündə əvvəlki rüblə müqayisədə 2 faiz artaraq 16,15 […]
-
Putindən Ərdoğana jest! Rusiya Akkuyu Elektrik Stansiyasına görə Türkiyəyə 15 milyard dollar göndərir
Rusiya Akkuyu Atom Elektrik Stansiyasına yatırımı üçün Türkiyəyə üç həftə ərzində 15 milyar dolar göndərəcək. […]
-
İlham Əliyev IX Qlobal Bakı Forumunun açılışında iştirak edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə iyunun […]