Çikaqoda ABŞ Demokratlar Partiyasının qurultayı işə başlayır – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Çikaqoda ABŞ Demokratlar Partiyasının qurultayı işə başlayır

Bakı, 19 avqust, AZƏRTAC

ABŞ Demokratlar Partiyasının qurultayı bu gün Çikaqoda işə başlayır və avqustun 22-dək davam edəcək.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, qurultayda bir çox tanınmış partiya nümayəndələri, o cümlədən ABŞ prezidentliyinə namizəd Kamala Harris və vitse-prezidentliyə namizəd, Minnesota qubernatoru Tim Vals çıxış edəcək. Bir qayda olaraq, partiyalar qurultay zamanı dövlət başçılığına namizəd irəli sürürlər. Lakin bu dəfə Demokratlar Partiyasının komitəsi əvvəlcədən onlayn səsvermə keçirərək Harrisin namizədliyini təsdiqləyib.

ABŞ lideri Cozef Baydenin də qurultayda çıxış edəcəyi gözlənilir.

Qurultayda, həmçinin ABŞ-ın keçmiş prezidenti Bill Klinton, onun həyat yoldaşı, ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton, eləcə də keçmiş prezident Barak Obama çıxış edəcək.

Amerika mediası qeyd edir ki, qurultayda prezidentliyə namizədin seçilməsinə ehtiyac olmadığı üçün tədbirin əsas hadisələri yüksəkrütbəli demokratların çıxışları və partiya platformasının təqdimatı olacaq.

Qeyd edək ki, respublikaçıların Milli Qurultayı iyulun 15-18-də keçirilib.

ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top