Ceyhun Aşurov: “Hotelçilik sahəsində kadr çatışmazlığı var” – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Ceyhun Aşurov: “Hotelçilik sahəsində kadr çatışmazlığı var”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Biz ardıcıl olaraq bir neçə ildir ölkədə fəaliyyət göstərən ali təhsil müəssisələrində hotelçiliklə bağlı təhsil alan tələbələri təcrübə üçün hotelə cəlb etmişik”.

Oxu.Az xəbər verir ki, bu fikirləri Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Mehmanxana və Restoran Biznesi kafedrası tərəfindən ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr edilmiş elmi praktiki seminarda çıxış edən hotel direktoru Ceyhun Aşurov deyib.

O bildirib ki, hazırda 6-7 təhsil müəssisəsi ilə əməkdaşlıq edirlər:

“Bu əməkdaşlıq çərçivəsində ötən il hotelçilik üzrə təhsil alan 40, bu il isə 60 tələbə hoteldə təcrübəyə cəlb edilib. Hər həftə həmin tələbələrin sənaye sahəsindən olan mütəxəssislərlə görüşü keçirilir. Tələbələr təhsil müəssisəsində aldıqları nəzəri bilikləri əyani olaraq təcrübə müddətində tətbiq edir və ya təkmilləşdirirlər. Hotelçilik sahəsində kadr çatışmazlığı var. Bütün prestijli hotellər peşəkar kadr axtarır, amma bu kadrların yetişdirilməsi məsələsinə hər hansı təşəbbüs görmürük. Bu sahədə olan peşəkarlar özləri də kadr yetişdirilməsində öz bilik-bacarıqlarını bölüşməlidirlər”.

Könül Cəfərli

Mənbə: Oxu.Az

BƏNZƏR MƏQALƏLƏR

Top