Çexiyada İkinci Dünya müharibəsindən qalan bombaya görə 600 sakin təxliyə edilib – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Çexiyada İkinci Dünya müharibəsindən qalan bombaya görə 600 sakin təxliyə edilib

Bakı, 21 avqust, AZƏRTAC

Çexiyanın Litvinov şəhərində İkinci Dünya müharibəsindən qalmış aviabombanın tapılması ilə əlaqədar 600 nəfər təxliyə edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə CTK xəbər agentliyi polisə istinadən məlumat yayıb.

Litvinovda yerləşən neft emalı zavodunun ərazisində 250 kq ağırlığında bomba aşkar edilib. Müharibə zamanı bu şəhərin ərazisində yerləşən sənaye obyektləri kütləvi şəkildə bombardmana məruz qalıb.

Aşkar edilmiş bomba avqustun 27-dək tapıldığı yerdə qalacaq. Partlayış təhlükəsi böyük olduğundan istehkamçılar partlamamış sursatın şəhərdən çıxarılması və məhv edilməsi üçün ən münasib şəraiti yaratmalıdırlar.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top