Çexiyada bakteriyaların yayılması səbəbindən su hövzələrində çimmək qadağan edilib – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Çexiyada bakteriyaların yayılması səbəbindən su hövzələrində çimmək qadağan edilib

Praqa, 17 avqust, AZƏRTAC

Çex ekoloqları həyəcan təbili çalır. Ölkədə sanitar-gigiyenik xidmətlərin çimməyə qadağa qoyduğu göllərin və kiçik çayların sayı artıb.

AZƏRTAC yerli mətbuata istinadla xəbər verir ki, qadağa indiyədək ən azı 10 regionda qüvvədə olub. Daha üç, o cümlədən Orlik və Maxovo su hövzələri, həmçinin Doksı şəhəri yaxınlığındakı göl də bağlanıb.

Çimmək üçün ən çox qapalı yerlər hazırda Vısoçina bölgəsində yerləşir.

Qeyd olunur ki, son isti günlərdə siyanobakteriyaların yayılması səbəbindən suyun keyfiyyəti pisləşib.

 

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Praqa

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top