
Cənubi Koreyanın DeepBrain şirkəti real insanların rəqəmsal kopyalarını yaradır (VİDEO)
Cənubi Koreyanın DeepBrain adlı şirkəti real insanların rəqəmsal kopyalarını yaratmaq ilə məşhurdur. İndi isə şirkət növbəti investisiya raundunu uğurla başa vurub və bunun nəticəsində 44 milyon dollar investisiya əldə edib. Sözügedən şirkət süni zəka elementlərinə sahib patentləşdirilmiş alqoritmlər əsasında hazırlanan qeyri-adi məhsul satmaqla məşğuldur. Söhbət, real insanın rəqəmsal kopyasından gedir. DeepBrain şirkəti real insanın mimikasını, danışıq tərzini və əl-qol hərəkətlərini kopyalayır. Daha sonra kopyalanmış elementlər real insanın rəqəmsal kopyasına inteqrasiya olunur və nəticədə rəqəmsal kopya fərdi həyatını sürə və real insanın müəyyən tapşırıqlarını yerinə yetirə bilər. Sözügedən texnologiyanın yaradıcılarının fikirlərinə əsasən bu cür rəqəmsal kopyalar xəbər telekanalları, siyasətçilər, banklar və satışla məşğul olan şirkətlər üçün uyğun olacaqlar.
DeepBrain-in yaratdığı texnologiyanın bariz nümunəsi kimi Cənubi Koreya prezidenti Mun Çje İn-in rəqəmsal kopyasını göstərmək olar. Şirkət onun dəqiq rəqəmsal kopyasını yaratmaq üçün prezidentin ictimai çıxışlarından istifadə edib. Nəticədə prezidentin yaradılmış rəqəmsal kopyasını ictimai çıxışlarda istifadə etmək olar. Rəqəmsal kopya ictimai çıxışları reallaşdıran zaman əsl prezident isə digər işlərini yerinə yetirə bilər. İnsanlar əsl prezident ilə rəqəmsal kopya arasında fərqi anlaya bilməyəcəklər. Lakin prezidentin rəqəmsal kopyası bu texnologiyanın sadəcə imkanlarını sərgiləyən faktordur. DeepBrain bildirib ki, o, prezidentin rəqəmsal kopyasından öz mənfəətləri üçün istifadə etmək niyyətində deyil.
BƏNZƏR MƏQALƏLƏR
-
Yaponiya hökuməti istefa verib
Avqustun 10-da Yaponiya hökuməti Nazirlər Kabinetində yeni təyinatlar ərəfəsində tam tərkibdə istefa verib. Nazirlər Kabinetinin […]
-
Saudi Aramco ABŞ-da yerləşən Valvoline-ın törəmə şirkətini satın alır
Səudiyyə Ərəbistanının milli neft şirkəti olan “Saudi Aramco”nun ABŞ-da mühərrik yağı və əlavələri istehsalçısı və […]
-
G-20 ölkələrinin ən son inflyasiya dərəcələri açıqlanıb
2022-ci ilin iyul ayında Türkiyədə illik inflyasiya 79,6 faiz təşkil edib. Türkiyə G-20 ölkələri liqasında […]