Çempionlar Liqası: “Qarabağ”ın cavab oyununun hakimləri açıqlanıb
Bakı, 9 iyul, AZƏRTAC
Qarabağ”ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində keçirəcəyi cavab oyununun hakimləri açıqlanıb.
AZƏRTAC UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Bakıda təşkil olunacaq görüşü ukraynalı hakimlər briqadası idarə edəcək.
Qarşılaşmanın referisi Viktor Kopitevski olacaq. Ona yan xətt hakimləri Semyon Şlonçak və Vladimir Visotsko kömək edəcəklər. Dmitri Pançişin isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.
Ağdam klubu bu mərhələdə “Hamrun Spartans” (Malta) – “Linkoln” (Cəbəllütariq) cütünün qalibi ilə üz-üzə gələcək. Cavab oyunu iyulun 30-da reallaşacaq. Tofiq Bəhramov adına Respublika Stadionundakı görüş saat 20:00-da start götürəcək.
Qeyd edək ki, Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk matçları iyulun 23-24-də, cavab oyunları isə 30-31-də olacaq.
BƏNZƏR MƏQALƏLƏR
-
Laçında daha 18 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB
Laçın, 11 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə çatan […]
-
Tanınmış alimlər beynəlxalq layihə çərçivəsində elmi tədqiqatlarını təqdim ediblər
Bakı, 11 sentyabr, AZƏRTAC Avropa Elmi Tədqiqat Şurasının (European Research Council) dəstəklədiyi “Son neandertallar” layihəsinin […]
-
Dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir
Bakı, 11 sentyabr, AZƏRTAC Azərbaycanda sentyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər […]