
Cəmi kredit portfelində vaxtı keçmiş kreditlərin payı azalıb
Bakı, 24 may, AZƏRTAC
Aprel ayında bankların kredit portfeli 1.7 faiz və ya 341 milyon manat artaraq 20 milyard 379.6 milyon manat olub.
AZƏRTAC Mərkəzi Banka istinadla xəbər verir ki, kredit portfelinin strukturu: biznes kreditləri – 54.5 faiz (11,108 milyon manat), istehlak kreditləri – 29.8 faiz (6,072.3 milyon manat) və ipoteka kreditləri – 15.7 faiz (3,199.3 milyon manat).
Cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 0.9 faiz bəndi azalaraq 2.8 faiz təşkil edib. Öhdəliklərin strukturunda depozit portfeli üstünlük təşkil edir (cəmi öhdəliklərin 81.4 faizi və ya 32,366.9 milyon manat). Bankların depozit portfeli cari ilin aprel ayında 1.4 faiz və ya 433.7 milyon manat artıb. Depozit portfelinin 63.1 faizi (20,411.5 milyon manat) hüquqi şəxslərin, 36.9 faizi (11,955.4 milyon manat) fiziki şəxslərin depozitlərindən (fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri istisna olmaqla) ibarətdir.
Hesabat ayında bankların əmanət portfeli 2 faiz və ya 236 milyon manat artıb. Əmanət portfelinin 53.3 faizi (6,376.2 milyon manat) müddətli əmanətlərdən ibarətdir. Hüquqi şəxslərin tələbli depozitləri 17,445.6 milyon manat olmaqla, hüquqi şəxslərin cəmi depozit portfelinin 85.5 faizini təşkil edib.
–
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
BƏNZƏR MƏQALƏLƏR
-
Ölkəmizin artan gücü və potensialı hər kəsin diqqətini çəkir – şərh
Bakı, 1 iyun, AZƏRTAC Prezident İlham Əliyevin “Avropa siyasi birliyi”nin növbəti Zirvə toplantısında iştirak etməsi […]
-
Azərbaycanda internet telekommunikasiya xidməti göstərən 107 internet operator və provayder uçota alınıb
Bakı, 1 iyun, AZƏRTAC Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu, Rəqəmsal İnkişaf və […]
-
Tərtərdə uşaq yaradıcılıq festivalı keçirilib
Tərtər, 1 iyun, AZƏRTAC Tərtər Olimpiya İdman Kompleksində “Uşaqlar bizim gələcəyimizdir” adlı uşaq yaradıcılıq festivalı […]