
Cavid Qurbanov: Azərbaycan bu ilin əvvəlindən təxminən 200 kilometr dəmir yolu tikib
“Azərbaycan Dəmir Yolları” QSC 2016-ci ilin əvvəlindən təxminən 200 kilometr dəmir yolu tikib.
Bunu jurnalistlərə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov deyib.
Onun sözlərinə görə, Azərbaycan dəmir yollarının yenilənməsi və tikintisi davam edir: “2016-ci ilin əvvəlindən təxminən 200 kilometr dəmir yolu tikilib. Biz gələn ilin sonuna qədər Bakı-Gəncə sürətli dəmir yolunun tikintisini başa çatdırmağa çalışacağıq”.
C.Qurbanov qeyd edib ki, həmçinin “Şimal-Cənub” nəqliyyat dəhlizi çərçivəsində Astarada dəmir yolunun 8,3 kilometrlik hissəsinin tikintisi başa çatdırılıb.
BƏNZƏR MƏQALƏLƏR
-
Heydər Əliyev prospektində YENİLİK – VİDEO
Bakı Nəqliyyat Agentliyinin təklifinə uyğun olaraq Heydər Əliyev prospekti əsas yolun “Bağırov” körpüsü kimi tanınan […]
-
“Fərqlənmə nişanı”nın verilməsi proseduru sadələşdirildi
Avtomobil nəqliyyatı ilə daşımalara dair prosedur qaydalarının təkmilləşdirilməsi məqsədilə fərqlənmə nişanlarının verilməsi ilə bağlı müvafiq […]
-
Hava Limanı – “28 May” ekspress marşrut xətti üzrə sərnişindaşımalar bərpa edilir
İyunun 7-dən H1 Hava limanı – “28 May” ekspress marşrut xətti üzrə sərnişindaşımaları bərpa ediləcək. […]