
Cari ilin yanvar-may aylarında 96 yaşayış məntəqəsinə təbii qaz verilmişdir
SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən respublika ərazisində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülən məqsədyönlü tədbirlər uğurla davam etdirilir.İstehlakçıların qaz təchizatının daha da yaxşılaşdırılması, yeni yaşayış məntəqələrinə “mavi yanacağ”ın verilməsi məqsədi ilə cari ilin yanvar-may ayları ərzində 6340 kilometr uzunluğunda yeni qaz kəmərləri quraşdırılmış, şəbəkənin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün 169 kilometr qaz kəməri əsaslı təmir olunmuşdur. Aparılan tikinti-quraşdırma işləri nəticəsində 2016-cı ilin yanvar-may aylarında 96 yaşayış məntəqəsi qazlaşdırılmışdır.
BƏNZƏR MƏQALƏLƏR
-
ARDNF 461,6 milyon dollar məbləğində vəsait satıb
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən 2021-ci ilin iyul ayı ərzində 461,6 milyon ABŞ […]
-
Azərbaycan Bakı-Tbilisi-Ərzurum qaz kəməri ilə 5,9 milyard kubmetr qaz ixrac edib
Economic.az Dövlət Statistika Komitəsinə istinadən məlumat verir ki, 2021-ci il ilin yanvar-aprel aylarında Azərbaycan Bakı-Tbilisi-Ərzurum qaz […]
-
Bolqarıstan bankı Azərbaycan qazının nəqli layihəsinə kredit ayırıb
Bolqarıstanın “DSK” bankı Azərbaycan qazının Bolqarıstana nəqlini nəzərdə tutan Yunanıstan-Bolqarıstan interkonnektoru (IGB) layihəsi üçün qısamüddətli […]