Cari ilin yanvar-mart aylarında Cəlilabadda 607 körpə doğulub - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Cari ilin yanvar-mart aylarında Cəlilabadda 607 körpə doğulub

Cəlilabad, 26 may, İlkin Adıyev, AZƏRTAC

Cəlilabad rayonunda cari ilin yanvar-mart aylarında mövcud əhalinin sayı 215,2 min nəfərə çataraq 2022-ci ilin müvafiq dövrünə nisbətən 2,3 min nəfər və yaxud 1,1 faiz artmışdır.

Bunu AZƏRTAC-ın bölgə müxbirinə Cəlilabad Rayon Statistika İdarəsinin bildiriblər.

Qeyd olunub ki, bir kvadrat kilometrə düşən əhalinin sıxlığı 149,6 nəfər təşkil edib. Əhalinin ümumi sayının 26,8 faizi və ya 57,7 min nəfərini şəhər, 73,2 faizi və ya 157,5 min nəfərini kənd sakinləri təşkil edir. Ümumi əhalinin 51,2 faizini və ya 110,2 min nəfərini kişilər, 48,8 faizini və ya 105,0 min nəfərini qadınlar təşkil edir.

2023-cü ilin yanvar-mart aylarında təbii artım 2022-ci ilin müvafiq dövrünə nisbətən 261 nəfər az olmuş, 607 körpə doğulmuşdur. Rayon üzrə 288 ölüm qeydə alınıb.

 

Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top