
Cari ilin yanvar-iyun aylarında Ceyhan dəniz limanından 99 milyon 95 min 854 barel xam neft nəql olunub
Anadolu agentliyi xəbər verir ki, Adananın Ceyhan rayonundakı Heydər Əliyev adına dəniz terminalına çatan Azərbaycan nefti Türkiyənin BOTAŞ şirkəti tərəfindən tankerlərlə dünya bazarına çatdırılır. 2006-cı ildən 2020-ci ilin sonunadək Ceyhandakı dəniz terminalından ümumilikdə 3 milyard 571 milyon 15 min 467 barel xam neft daşınıb. Qara qızıl dünya bazarlarına 4659 tankerlə çatdırılıb.
Anadolu agentliyinin bu barədə hazırladığı infoqrafikada Xəzərin Azərbaycan sektorundakı karbohidrogen ehtiyatların işlənilməsində dair imzalanmış “Əsrin müqaviləsi” və ona bağlı digər layihələr, xam neftin nəqlinə dair göstəricilər və s. barədə ətraflı məlumat verilib.
BƏNZƏR MƏQALƏLƏR
-
ABŞ-ın ev təsərrüfatlarının borcu ikinci rübdə 16 trilyon dolları ötüb
ABŞ-da ev təsərrüfatlarının borcu bu ilin ikinci rübündə əvvəlki rüblə müqayisədə 2 faiz artaraq 16,15 […]
-
Putindən Ərdoğana jest! Rusiya Akkuyu Elektrik Stansiyasına görə Türkiyəyə 15 milyard dollar göndərir
Rusiya Akkuyu Atom Elektrik Stansiyasına yatırımı üçün Türkiyəyə üç həftə ərzində 15 milyar dolar göndərəcək. […]
-
İlham Əliyev IX Qlobal Bakı Forumunun açılışında iştirak edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə iyunun […]