Cari ilin birinci yarısında Aİ ölkələrindən iki mindən çox Gürcüstan vətəndaşı deportasiya edilib – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Cari ilin birinci yarısında Aİ ölkələrindən iki mindən çox Gürcüstan vətəndaşı deportasiya edilib

Tbilisi, 6 avqust, AZƏRTAC

Cari ilin birinci yarısında Avropa İttifaqı (Aİ) ölkələrindən 2124 Gürcüstan vətəndaşı deportasiya edilib. Bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 189 nəfər azdır.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ən çox Gürcüstan vətəndaşı Almaniyadan deportasiya olunub – 1367 nəfər. İkinci yerdə 299 nəfərlə Fransa, 3-cü yerdə isə 91 nəfərlə Yunanıstandır.

Xatırladaq ki, 2023-cü ilin birinci yarısında Aİ ölkələri 2313 gürcüstanlını deportasiya edib.

Qeyd edək ki, 2017-ci ilin mart ayından Gürcüstan vətəndaşlarına turizm, işgüzar və qonaq səfərləri üçün Şengen ölkələrinə vizasız qısamüddətli (90 gün) səfərlər etmək hüququ verilib.

 

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top