
“Buta Airways” aviaşirkəti yeni Bakı-Volqoqrad marşrutu açır
AZAL QSC-nin tərkibinə daxil olan “Buta Airways” aşağıbüdcəli aviaşirkəti uçuş proqramının inkişafı çərçivəsində marşrut şəbəkəsində Bakıdan Volqoqrad şəhərinə yeni istiqamət açır.
Bu barədə “Buta Airways” aviaşirkətinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, uçuşlar martın 16-dan etibarən həftədə üç dəfə həyata keçiriləcək. Uçuşlar Bakıdan həftənin çərşənbə axşamı, cümə və şənbə günləri, Volqoqraddan isə çərşənbə, şənbə və bazar günləri həyata keçiriləcək.
Biletləri aviadaşıyıcının www.butaairways.az saytında (“Büdcə”, “Standart” və “Super” tarifləri üzrə), həmçinin aviaşirkətin akkreditə olunmuş agentliklərində (yalnız “Super” tarifi üzrə) əldə etmək mümkündür. Aviabiletləri “Buta Airways” mobil tətbiqi vasitəsilə də əldə etmək olar.
Bu reyslərə qüvvədə olan epidemioloji məhdudiyyətlər şəraitində uçuşuna icazə verilən sərnişinlər qəbul ediləcəklər.
BƏNZƏR MƏQALƏLƏR
-
AZAL Türkiyədəki zəlzələ ilə əlaqədar biletlərin cəriməsiz qaytarılmasına başlayıb
Zəlzələ nəticəsində aviaşirkətin xidmətlərindən yararlana bilməyən AZAL-ın Türkiyəyə və geri gələn sərnişinlərinə aviabiletlərin dəyərinin cərimə […]
-
“Lufthansa Technik” AZAL-a komponent dəstəyi xidmətləri göstərəcək – FOTO
Azərbaycan Hava Yolları və “Lufthansa Technik AG” şirkəti Azərbaycan Respublikasının milli aviadaşıyıcısının “Boeing 787 Dreamliner” […]
-
Türkiyədə üç hava limanı mülki uçuşlara bağlandı
Türkiyədə zəlzələdən sonra Kahramanmaraş, Hatay və Qaziantep hava limanları mülki uçuşlara xidmət göstərməyi dayandırıb. Bu […]