Bura səfər edən sərnişinlər üçün uçuşların qiyməti aşağı olacaq – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Bura səfər edən sərnişinlər üçün uçuşların qiyməti aşağı olacaq

Aktau – Bakı – Aktau marşrutu üzrə reysin açılması Azərbaycan və Qazaxıstan arasında əlaqələrin gücləndirilməsinə imkan verəcək.

Bu barədə Qazaxıstanın Bakıdakı səfiri Serjan Abdıkarimov Aktaudan Bakıya ilk “FlyArystan” reysinin açılmasına həsr olunan mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu, həmçinin turizmin, işgüzar əlaqələrin genişlənməsinə, yaxınlaşmasına və mədəni zənginləşməsinə töhfə verəcək:

“İş adamlarımız bir-birinə daha tez-tez uça biləcəklər ki, bu da iqtisadi əlaqələrimizi gücləndirəcək, həmçinin nvestisiya layihələrinin həyata keçirilməsini stimullaşdıracaq”.

Səfir vurğulayıb ki, Qazaxıstana uçuşların artırılması Azərbaycan və Qazaxıstandan olan sərnişinlər üçün uçuşların qiymətini aşağı salacaq./trend.az

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Top